İngiltərənin "çelsi" komandasının baş məşqçisi Tomas Tuxel UEFA Super Kubokunda "Vilyarreal"a (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, kuboku qazanmaq üçün hər şey edəcəklərini deyib:
 
"Mövsümə UEFA Super Kubokunu qazanaraq başlamaqdan daha yaxşı nə ola bilər? Unay Emeri və "Vilyarreal"a böyük hörmətim var. Yaxın zamanda Avropa Liqasının adını dəyişdirib, Unay Emeri qoyacaqlar (gülür). O, möhtəşəmdir. İtirəcək heç nəyimiz yoxdur. Kuboku qazanmaq üçün hər şey edəcəyik".
 
"çelsi" – "Vilyarreal" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest