İtaliyanın "Milan" klubu futbolçusu Yens-Petter Hauqeni icarəyə verib. Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümünü Almaniyanın "Ayntraxt" klubunda keçirəcək. Bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Milan" Hauqeni 2020-ci ilin oktyabrında Norveçin "Bude-Qlimt" klubundan 5 milyon avroya transfer edib. Yarımmüdafiəçi A Seriyası klubu ilə 24 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest