Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə keçiriləcək oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə keçiriləcək oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.
 
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, Hakimlər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüşdə Məmmədov bildirib ki, sentyabrın 1-dən etibarən "peşəkar hakim" sisteminin tətbiqi başlanılacaq:
 
"Hakimlərin peşəkar statusu daşıması bu sahənin inkişafında çox önəmli addım olacaq və bununla bağlı hakimlərə və ictimaiyyətə yaxın gələcəkdə detallı məlumat veriləcək".
 
VAR sisteminin tətbiqi ilə bağlı hakimlərin diqqətinə çatdırılıb ki, artıq tender məsələləri öz həllini tapıb və pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər:
 
"VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq".
 
Elxan Məmmədov qeyd edib ki, Azərbaycanda VAR sisteminin tətbiqindən sonra FİFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq:
 
"Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest