Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Kopenhagen"dən Viktor Nelssonu transfer etmək niyyətindədir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 22 yaşlı müdafiəçi üçün Danimarka klubu ilə danışıqlara başlanıldığı bildirilib.
 
2019-cu ildən "Kopenhagen"də çıxış edən Nelsson Danimarka yığmasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest