İngiltərənin "çelsi" klubu futbolçusu Armando Broyanı icarəyə verib. Matc.az xəbər verir ki, 19 yaşlı hücumçu 2021/2022 mövsümünü "Sauthempton" klubunda keçirəcək. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Broya 2018-ci ildən "çelsi"də çıxış edir. O, ötən mövsümü Niderlandın "Vitess" klubunda icarədə keçirib.
 
Broya Albaniya milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest