Türkiyənin "Beşiktaş" klubu hücumçusu Umut Nayir ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Umut 2018-ci ildən "Beşiktaş"ın uğurları üçün çalışırdı. Artıq onun yeni iş yeri də məlumdur. Hücumçu Super Liqanın digər təmsilçisi "Giresunspor"a keçib. Bu barədə sözügedən klub məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest