"Səbail" qanalı mərkəz müdafiəçisi Camal Araqonu da transfer edib. 28 yaşlı futbolçuyla da 1 illik sözləşmə imzalanıb. Kosovo "Drita"sından transfer olunmuş müdafiəçi yeni komandasında "30" nömrəli formanı geyinəcək.

"Səbail" heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu sabiq yarımmüdafiəçisi Ruslan Hacıyevi heyətinə qatıb.
 
"Qarabağ" və "Samtrediya"da da oynamış futbolçu ilə 1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu daha öncə də iki dəfə "dənizçilər"in heyətinə cəlb olunub. Ruslan köhnə-yeni komandasında "18" nömrəli formanı geyinəcək.
 
 
Paytaxt klubunun digər transferi yarımmüdafiəçi Orxan Fərəcovdur. 20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında "20" nömrəli forma altında çıxış edəcək.
 
 
"Səbail" qanalı mərkəz müdafiəçisi Camal Araqonu da transfer edib. 28 yaşlı futbolçuyla da 1 illik sözləşmə imzalanıb. Kosovo "Drita"sından transfer olunmuş müdafiəçi yeni komandasında "30" nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest