Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Benjamin Pavar sıradan çıxıb. Matc.az xəbər verir ki, 25 yaşlı fransız futbolçu komandanın məşqi zamanı zədələnib.
 
Bu barədə Almaniyanın "Kicker" nəşri məlumat yayıb. Pavarın təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb. Bu isə onun Almaniya çempionatının startını buraxacağı anlamına gəlir.
 
Qeyd edək ki, Bundesliqada yeni mövsümə avqustun 13-də start veriləcək. Mövsümün açılış matçında "Bavariya" səfərdə Mönhenqladbax "Borussiya"sı ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest