FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Matc.az qurumun saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan yığması 1166 xalla 112-ci sırada yer alıb. Millimiz ötən reytinq siyahısı ilə müqayisədə 2 pillə geriləyib.
 
Yığmamızın Dç-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1662 xalla 8-ci, Serbiya 1507 xalla 29-cu, İrlandiya 1429 xalla 47-ci, Lüksemburq isə 1239 xalla 96-cı yerdədir.
 
Reytinq cədvəlinə 1822 xalla Belçika millisi başçılıq edir. 1797 xalla Braziliya yığması 2-ci, 1762 xalı olan Fransa isə 3-cü sırada yer alıb.
 
Bu il keçirilən Avropa çempionatının qalibi olan İtaliya milli komandası 1745 xalla 5-ci pilləni tutub.
 
Türkiyə millisi isə reytinqdə 10 pillə geriləyib. "Ay-ulduzlular" 1464 xalla 39-cu sırada yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest