"çelsi"nin baş məşqçisi Tomas Tuxel UEFA superkubokunda "Vilyarreal"a (İspaniya) qarşı keçirdikləri matçdan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, alman mütəxəssis, qələbə qazandıqları oyunla bağlı bunları deyib:
 
"İlk 30 dəqiqədə möhtəşəm oynadıq, sonra adi top itkiləri yaşadıq. İkinci hissədə də top itirirdik. Oyunun bərabərliklə bitməsi ədalətli idi. Buraxdığımız qola yaxşı reaksiya verdik.
 
Kepa Arrisabalaqanın 119-cu dəqiqədə oyuna girməsi təsadüfi deyildi. O, penalti qurtarışlarında ən uğurlu olan qapıçımızdır. Təhlillərimiz və qapıçı məşqçilərimiz mənə bu inamı vermişdi. Vaxtı gələndə istifadə edəcəkdik. Dəyişiklik elə-belə olmadı, düşünülmüş bir şey idi. Eduard Mendinin Kepa ilə əvəzlənməsini qəbul etməsi gözəl hərəkət oldu".
 
"çelsi" – "Vilyarreal" matçının əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxtda başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "çelsi" növbəti tituluna yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest