İspaniya milli komandasının sabiq hücumçusu Dieqo Koşta karyerasını Braziliyada davam etdirəcək. Matc.az "goal.com"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu "Atletiko Mineyro" klubu ilə razılaşıb. Kosta yaxın zamanda Braziliya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
 
Hücumçu yeni klubunda illik 2,6 milyon avro məvacib alacaq.
 
Dieqo Kostanın son klubu İspaniya "Atletiko"su olub. Braziliya əsilli ispaniyalı hücumçu 2020-ci ilin dekabrından klubsuzdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest