"Bəzi oyun elementlərini icra etmək istəyirdik. Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər. Oyundan razı qaldım"

"İntensiv məşqlərdən sonra bu oyun planımıza uyğun idi". Matç.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan "Qəbələ" – "Meppen" (Almaniya) oyunundan (1:2) sonra "qırmızı-qaralar"ın saytına danışan gənc mütəxəssis fikirlərini bölüşüb: "Əsas heyət üzvlərinin ağır yüklənməsindən sonra böyük meydançada istədiyimizi yerinə yetirməyə çalışdıq. Bəzi oyun elementlərini icra etmək istəyirdik. Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər. Oyundan razı qaldım. Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi. Rəqib aqressiv və sürətli komanda idi. üçüncü hissədə baxışda olan futbolçulara daha çox vaxt verdik ki, özlərini göstərsinlər. Onlar da bu şans yarandı. Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest