Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları (ilk oyun 1:1) oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qarabağ"ı qələbə və növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bacardığımız qədər oynamağa çalışdıq. Nəticə məni razı sala bilməz. Amma komandamın mübarizəsindən razıyam. Göstərdilər ki, özümüzdən daha güclü rəqiblərə qarşı oynaya bilərik.
 
"Qarabağ" azarkeşlərinin stadionda yaratdığı atmosferdən razı qaldım. Meydanda ab-hava çox yaxşı idi. ümid edirəm ki, koronavirusla bağlı məhdudiyyət başa çatacaq və bundan sonra dolu tribunalar qarşısında oynayacağıq. Uduzduğumuz üçün məyusuq. Amma bütün oyunlara qələbə üçün çıxırıq. Müəyyən istərahətdən sonra çempionata hazırlaşacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest