"Qarabağ" Şotlandiya "Aberdin"i ilə Tofiq Bəhramov adına Respublika stadionunda, "Neftçi" isə İsrailin "Makkabi" (Hayfa) komandasını "Bakcell Arena"da qəbul edəcək. Ağdamlıların oyununa saat 20:00-da, bakılıların matçına isə 21:00-da start veriləcək.

"Qarabağ" və "Neftçi"nin Avropa Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb. Matc.az xəbər verir ki, hər iki Azərbaycan klubu ilk oyununu evdə keçirəcək.
 
"Qarabağ" Şotlandiya "Aberdin"i ilə Tofiq Bəhramov adına Respublika stadionunda, "Neftçi" isə İsrailin "Makkabi" (Hayfa) komandasını "Bakcell Arena"da qəbul edəcək. Ağdamlıların oyununa saat 20:00-da, bakılıların matçına isə 21:00-da start veriləcək.
 
"Neftçi"nin İsrail təmsilçisi ilə cavab oyunu Hayfadakı "Sammi Ofer" stadionunda keçiriləcək. Bu oyuna da Bakı vaxtı ilə 21:00-da start veriləcək.
 
"Qarabağ"ın "Aberdin"lə cavab görüşü isə Aberdindəki "Pittodri" stadionunda keçiriləcək. Bu oyun isə Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 19-da, cavab görüşləri isə ayın 26-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest