Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib

Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 45 yaşlı mütəxəssis, məqsədlərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu deyib:
 
"Bakıya yaxşı nəticə əldə etmək üçün gedəcəyik. Cümə axşamı gecəsi "Aberdin"in qərarlı, qrup mərhələsinə çıxmaq üçün çalışan bir komanda olduğunu görəcəksiz. Məqsədimiz ilk oyundan yaxşı nəticə əldə etməkdir".
 
"Qarabağ" "Aberdin"lə ilk matçı avqustun 17-də Bakıda, cavab matçını isə 26-da Şotlandiyada keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest