Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA "Qəbələ"yə maddi dəstək göstərəcək. AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə "Qəbələ" İK-nın əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, "Qəbələ" Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək. Matc.az xəbər verir ki, Azərbaycan çempionatının növbəti mövsümündə də stabil maliyyə dayaqlarına malik olmaq məqsədilə "Qəbələ" ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.
 
Bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb. ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA "Qəbələ"yə maddi dəstək göstərəcək. AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə "Qəbələ" İK-nın əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, "Qəbələ" Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.
 
Daim ölkə futbolunun inkişafına çalışan "Qəbələ" klubu bu dönəmdə göstərdiyi dəstəyə gorə AFFA-ya təşəkkür edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest