İtaliyanın "Verona" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Mançester Siti"dən İvan İliçi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Verona" İliç üçün "Mançester Siti"yə 7,5 milyon avro ödəyib. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında məhz "Verona"da keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest