"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov komandanın məşqini izləyib. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, məşqçi və futbolçu heyəti ilə görüşüb.
 
Orxan Məmmədov ilk turun "Qarabağ"a qarşı oyununda və yeni mövsümdə komandaya uğurlar arzulayıb: "İlk iki turda komandamızı çempionatın favoritləri "Qarabağ" və "Neftçi"yə qarşı maraqlı oyunlar gözləyir. Komandamıza güvənirəm və mövsümün sonunda qarşıya qoyulan məqsədə çatacağımıza inanıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest