Polşa "Legiya"sının baş məşqçisi çeslav Mixneviç komandanın hücumçusu Mahir Emreli haqda danışıb. Matc.az xəbər verir ki, o, millimizin üzvünün çox çalışmalı olduğunu bildirib:
 
"Mahir mövsümə çox yaxşı başladı. Lakin sonra çempionlar Liqasında "Bodo Qlimt"ə qarşı cavab oyunu öncəsi xəstələndi. O, öz üzərində çox işləməlidir. Düşünürəm ki, onun yenidən əvvəlki formasına qayıtması üçün vaxt lazımdır. Tomas Pexart isə komandanın düşərgəsinə heç bir hazırlıq müddəti olmadan gəlmişdi. Buna baxmayaraq, hər zaman meydana çıxmağa hazırdır. Fikrimcə, hər şey yaxşı olacaq".
 
Qeyd edək ki, Mahir Emreli bu yay "Qarabağ"dan "Legiya"ya transfer olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest