Avqustun 26-da keçiriləcək "Gent" - "Rakuv" qarşılaşmasına Bakı vaxtı ilə 22:00-da start veriləcək. Komandalar arasında ilk görüş isə avqustun 19-da olacaq.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb. Matc.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin "Gent" (Belçika) və "Rakuv" (Polşa) komandaları arasında Belçikada keçiriləcək cavab oyununun baş hakimi olacaq. 
 
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
 
Avqustun 26-da keçiriləcək "Gent" – "Rakuv" qarşılaşmasına Bakı vaxtı ilə 22:00-da start veriləcək. Komandalar arasında ilk görüş isə avqustun 19-da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest