Futbol üzrə Almaniya Bundesliqasında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.
 
Dortmund "Borussiya"sının ilk sınağı "Ayntraxt"a qarşı olub. Yeddi qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb. 
 
"Bayer" "Union Berlin" ilə səfər oyunundan heç-heçə ilə ayrılıb. "Arminiya" – "Frayburq" görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb.
 
"Volfsburq" "Bohum"la qarşılaşmada minimal hesabla üstün olub. "Ştutqart" "Qroyter"lə ev oyununda darmadağına sevinib. "Hoffenhaym" isə "Auqsburq"u səfərdə 4 cavabsız qolla məğlub edib.
 
Almaniya Bundesliqası
1-ci tur
13 avqust
 
Borussiya (Mönhenqladbax) – Bayern 1:1
Qol: Plea, 10 – Levandovski, 42.
 
14 avqust
 
Arminiya – Frayburq 0:0
 
Auqsburq – Hoffenhaym 0:4
Qol: Larsen, 37. Adamyan, 79. Rutter, 87. Rudi, 90+5.
 
Volfsburq – Bohum 1:0
Qol: Veqorst, 22.
 
Union Berlin – Bayer 1:1
Qol: Avoniyi, 7 – Diabi, 12.
 
Ştutqart – Qroyter 5:1
Qol: Endo, 30. Klement, 36. Kempf, 55; 76. Al Qaddiui, 61 – Levelinq, 90+3.
 
Borussiya (Dortmund) – Ayntraxt 5:2
Qol: Roys, 23. T.Hazard, 32. Haland, 34; 70. Reyna, 58 – Passlak, 27-öz qapısına. Hauqe, 86.
 
15 avqust
 
17:30 Maynts – Leypsiq
19:30 Köln – Herta

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest