Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Zarya" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Rüstəm bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Eldar da məhz həmin dəqiqədə digər komanda yoldaşının əvəzində meydana buraxılıb.
 
Dörd turdan sonra 4 xalı olan "Minay" 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest