Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto" bu gün ölkə çempionatının 6-cı turu çərçivəsində doğma meydanda "Petrokub" ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
"Dinamo-Avto" bu mövsüm Moldova çempionatında keçirdiyi 6 oyunda 4 xal toplayıb və 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest