Fransa milli komandasının sabiq futbolçusu Matye Debuşinin yeni klubu məlum olub. Matc.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Fransa təmsilçisi "Valensyen"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Debuşi ilə 2+1 illik müqavilə imzalanıb.
 
"Valensyen" Fransa Liqa 2-də mübarizə aparır.
 
Fransa yığmasında 27 oyuna çıxan Debuşi, daha əvvəl İngiltərədə "Nyukasl", "Arsenal", Fransada "Lill", "Bordo", "Sent-Etyen" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest