"Liverpul" İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turunda "Norviç"i məğlub edib. Matc.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüşdə mersisaydlıların bir qolunu vuran Məhəmməd Salah Premyer Liqanın tarixinə düşüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, misirli hücumçu, İngiltərə Premyer Liqası tarixində ardıcıl 5 mövsümdə ilk turda fərqlənməyi bacarıb. Bu, turnir üçün rekord göstəricidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest