"Real" İspaniya La Liqasında 2021/2022 mövsümünün ilk turunda "Alaves"lə qarşılaşıb. Matc.az xəbər verir ki, sözügedən qarşılaşma Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua üçün əlamətdar olub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Alaves"lə matç belçikalı qapıçının "Real"dakı 100-cü oyunu olub.
 
"Alaves" – "Real" matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.
 
Kurtua 2018-ci ilin yayından "Real"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest