Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Son çempion "Mançester Siti" ilk turda çətin səfərə yollanıb. Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv Londonda "Tottenhem"lə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.
 
"Nyukasl" isə evdə "Vest Hem"lə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu görüşdə isə qonaqlar qələbə qazanıblar.
 
İngiltərə Premyer Liqası
1-ci tur
13 avqust
 
Brentford – Arsenal 2:0
Qol: Kanos, 22. Norqard, 73.
 
14 avqust
 
Mançester Yunayted – Lids 5:1
Qol: B.Fernandes, 30; 54; 60. Qrinvud, 52. Fred, 68.
 
Bernli – Brayton 1:2
Qol: Tarkovski, 2 – Maupay, 73. Makallister, 78.
 
Lester Siti – Vulverhempton 1:0
Qol: Vardi, 41.
 
Uotford – Aston Villa 3:2
Qol: Dennis, 10. Sarr, 42. Kuço, 67 – Makqinn, 70. İnqs, 90+7-pen.
 
Everton – Sauthempton 3:1
Qol: Riçarlison, 47. Dukure, 76. Kalvert-Levin, 81 – Armstronq, 22.
 
çelsi – Kristal Pelas 3:0
Qol: Alonso, 27. Pulişiç, 40. çaloba, 58.
 
Norviç Siti – Liverpul 0:3
Qol: Jota, 26. Firmino, 65. Salah, 74.
 
15 avqust
 
Nyukasl – Vest Hem 2:4
Qol: Uilson, 5. Mörfi, 40 – Kressuell, 18. Benrahma, 53. Souçek, 63. Antonio, 66.
 
Tottenhem – Mançester Siti 1:0
Qol: Son, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest