Futbol üzrə Ukrayna Premyer Liqasının 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Lvov "Rux"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
 
Oyuna start heyətdə başlayan Anatoli Nuriyev ilk hissədə zədələnib və 27-ci dəqiqədə əvəzlənib.
 
"Kolos" 4 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest