"Sabah"ın futbol akademiyasının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev "Dinamo" (Zaqreb, Xorvatiya) Futbol Akademiyasında məşqlərini davam etdirirlər. Matc.az xəbər verir ki, hər iki futbolçu "Dinamo"nun aşağı yaş qruplarının heyətində yoxlama oyununda meydana çıxıblar. 
 
Həmzəalı Zaqreb təmsilçisinin U-17 komandasının heyətində HASK klubunun U-19 komandasına qarşı matçda (10:0) meydana çıxıb. Xəyal isə "Dinamo"nun U-18 komandasının heyətində "Kustoşiya" klubunun U-19 komandasına qarşı oyunda (4:0) şans qazanıb. Əliyev bu görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, millimizin də üzvü olan hər iki futbolçu "Sabah" və "Dinamo" klubları arasında, 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest