Futbol üzrə Türkiyə 1-ci liqasında 2021/22 mövsümünə start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Altınordu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest