"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Makkabi" (Hayfa, İsrail) futbolçusu Mahmud Caber ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Makkabi" zədəli futbolçularının da durumunu açıqlayıb. Hayfa təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, kapitan Neta Lavi və Boqdan Planiç zədəsini sağaldıb və komanda ilə məşqlərə qoşulub. Müdafiəçi Ofri Aradın həftə ərzində kollektivlə birlikdə hazırlıq prosesinə qatılacağı ehtimal olunur. Hücumçu Qodsvey Donyoh isə fərqdi məşqlərə start verib. Qanalı forvardın həftənin əvvəlində tam sıraya dönməsi gözlənilir.
 
"Makkabi" ilə "Neftçi" arasındakı ilk matç avqustun 19-da Bakıda baş tutacaq. Komandalar arasındakı cavab oyunu isə avqustun 26-da İsraildə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest