"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Şotlandiya Liqa kubokunda növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, Stiven Qlassın rəhbərlik etdiyi kollektiv 1/8 final mərhələsi çərçivəsində "Reyt Rovers"lə qarşılaşıb. "Aberdin" rəqibinə 1:2 hesabıyla məğlub olaraq, kubokla vidalaşıb.
 
"Aberdin" "Qarabağ"la ilk matçını avqustun 19-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu avqustun 26-da, Şotlandiyada olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest