Azərbaycan Premyer Liqasının 1-ci turunun "Səbail"lə matçı "Sabah"ın futbolçusu Cosqun Diniyev üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının 1-ci turunun "Səbail"lə matçı "Sabah"ın futbolçusu Cosqun Diniyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, Bakı klubunun heyətində 50-ci çempionat matçına çıxıb.
 
Diniyev debüt etdiyi 2018/19 mövsümündə 13, 2019/20 mövsümündə 14 matçda şans qazanıb. O, ötən çempionatda 22 dəfə şans qazanıb. Əvvəlki üç çempionatda 49 dəfə meydana çıxan Coşqun son iki mövsümün hərəsində 1 dəfə fərqlənib.
 
O, klub tarixinə Premyer Liqada 50 və daha çox oyun keçirən 3-cü futbolçu olub. Yalnız Saşa Stamenkoviç (60) və Filip İvanoviç (55) daha çox şans qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest