Macarıstan təmsilçisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

"Bu, təlim-məşq toplanışı çərçivəsində ilk oyunumuz idi. Hər bir futbolçumuz ən azı 45 dəqiqə meydanda olmaq şansı qazandı". Matç.az saytının məlumatına görə, bunu "Uypeşt"in baş məşqçisi Neboyşa Vinyeviç deyib.

Macarıstan təmsilçisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

Qarşılaşma ilə bağlı klubun rəsmi saytına danışan Vinyeviç tam güclərini göstərə bilmədiklərini bildirib: "Qələbə qazanmağımız, əlbəttə ki, müsbət haldı. Lakin indiki mərhələyə görə əsl oyunumuzu göstərə bilmədik. Qələbəyə görə çox sevinirəm. Amma görüləcək çox işimiz var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest