Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" (Tula) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Krasnodar" ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Quliyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxmaqla yeni komandasında rəsmən debüt edib.
 
"Arsenal" geridə qalan 4 turda cəmi 3 xal toplayıb və 16 kollektiv arasında 13-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest