Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Liqa kubokunda "Reyt Rovers"ə məğlub olduqları oyundan (1:2) sonra fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan şotlandiyalı mütəxəssis, Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la oyunlarından da söz açıb:
 
"Qarabağ"a qarşı yaxşı oyun sərgiləməliyik. Konfrans Liqasında hədəfimiz qruplara vəsiqə qazanmaqdır və bunu bacaracaq gücdəyik. Liqa kubokunda da irəli getmək istəyirdik, ancaq alınmadı. Buna baxmayaraq, qarşımızda yaxşı fürsətlər var".
 
"Aberdin" "Qarabağ"la ilk matçını avqustun 19-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu avqustun 26-da, Şotlandiyada olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest