Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 19-da, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Makkabi" (Hayfa, İsrail) oyunundan əvvəl "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və futbolçu Mert çelikin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, tədbir avqustun 18-də, saat 19:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 20:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
8-ci km stadionunda həmin gün, saat 17:30-da "Makkabi"nin baş məşqçisi Barak Bakarın mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Avqustun 19-da keçiriləəck "Neftçi" – "Makkabi" matçı saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu bir həftə sonra İsraildə olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest