"Keşlə"nin futbolçusu Stanislav Namaşko Moldova yığmasına dəvət alıb. Matc.az xəbər verir ki, Moldova millisinin baş məşqçisi Roberto Bordin Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Avstriya (1 sentyabr), Şotlandiya (4 sentyabr) və Farer adaları (7 sentyabr) yığmalarına qarşı keçirəcəkləri oyunlar üçün Namaşkoya dəvət göndərib.
 
Bordin daha əvvəl Azərbaycanda "Neftçi" komandasında baş məşqçilik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest