"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın "Aberdin" klubuna qarşı keçirəcəyi ilk matç "İdman" TV-də canlı yayımlanacaq.
 
Matc.az xəbər verir ki, bu barədə telekanalın "feysbuk" hesabında məlumat yayılıb.
 
Avqustun 19-da, saat 20:00-da start götürəcək qarşılaşma "İdman" TV-də canlı yayımlayacaq.
 
"CBC Sport" telekanlı həmin gün, saat 21:00-da Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Makkabi" (Hayfa, İsrail) matçını yayımlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest