Türkiyənin "Bursaspor" klubunda baş məşqçi Mustafa Er istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, Mustafa ilə yolların ayrıldığı bildirilib. Bursa təmsilçisi 41 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzu edib.
 
"Bursaspor" Türkiyə 1-ci liqasında yeni mövsümün ilk turunda "Adanaspor"la heç-heçə edib – 1:1.
 
"Bursaspor" bir neçə gün əvvəl azərbaycanlı futbolçu Namik Ələskərovla müqavilə imzalayıb. Bu komandada Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuk Budak da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest