İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qapıçı ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Kurtua 2018-ci ilin avqustundan "Real"da çıxış edir. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest