"Arsenal"ın yarımmüdafiəçisi Mohamed Elneni İtaliyaya yollana bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Roma" 26 yaşlı oyunçunun xidmətində maraqlıdı.

Düzdü, Elneni bu mövsüm "topçular"ın heyətində cəmi 8 görüşdə iştirak edib. Ancaq onun, xüsusən də, Avropa Liqasının qrup mərhələsində "Qarabağ" və "Vorskla" ilə qarşılaşmalardakı performansı "canavarlar"ın diqqətini çəkib. "Roma" dayaq yarımmüdafiəçisini mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi.

Qeyd edək ki, Elneni "Qarabağ"la həm Bakıdakı (3:0), həm də Londondakı (1:0) matçda 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest