Futbol üzrə Türkiyə Super Liqasında 2021/22 mövsümünün ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.
 
"Qalatasaray" yeni mövsümə "Giresunspor" səfəri ilə start verib. İstanbul təmsilçisi bu oyunda inamlı qələbə qazanıb.
 
"Trabzonspor" ilk turda "Yeni Malatyaspor"la üz-üzə gəlib. Trabzon təmsilçisi səfərdə darmadağına sevinib.
 
"Sivasspor" isə doğma meydanda "Konyaspor"a minimal hesabla uduzub.
 
Türkiyə Super Liqası
1-ci tur
13 avqust
 
Beşiktaş – Rizəspor 3:0
Qol: Nkudu, 9. Hatçinson, 52. Larin, 90+3.
 
14 avqust
 
Fatih Karagümrük – Qaziantep 3:2
Qol: Djilobodji, 10-öz qapısına. Peşiç, 19. A.Musa, 90 – A.Sağal, 17-pen. Djilobodji, 90+4.
 
Altay – Kayserispor 3:0
Qol: Bamba, 8; 45+1. Tasiano, 86.
 
Hatayspor – Kasımpaşa 1:1
Qol: Lobjanidze, 73 – Eysserik, 18.
 
15 avqust
 
Başakşəhər – Alanyaspor 0:1
Qol: Borxa, 12.
 
Antalyaspor – Göztəpə 1:1
Qol: Fredi, 32-pen – Arslanagiç, 90+2.
 
Adana Dəmirspor – Fənərbaxça 0:1
Qol: M.özil, 46.
 
16 avqust
 
Yeni Malatyaspor – Trabzonspor 1:5
Qol: A.Büyük, 32 – Bakasetas, 3. Nvakaeme, 11. Jervinyo, 29. Hamşik, 42. Djanini, 66.
 
Sivasspor – Konyaspor 0:1
Qol: çikalleşi, 88.
 
Giresunspor – Qalatasaray 0:2
Qol: Mbaye, 31. çikaldau, 45+2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest