AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün startı ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, qurumun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Yeni mövsümün başlanması münasibətilə futbol ictimaiyyətini təbrik edirəm. Artıq ilk turdaca maraqlı oyunların və nəticələrin şahidi olduq.
 
Əlbəttə, Hakimlər Komitəsi olaraq ən böyük arzumuz bütün qarşılaşmaların ədalətli oyun ruhunda keçməsi, qəbul olunan qərarların düzgün olmasıdır. VAR sisteminin tətbiq olunması ilə bağlı işlərimiz davam edir və mümkün qədər qısa zamanda sistemin tətbiqinə çalışacağıq. Məsələn, "Zirə" – "Qarabağ" oyunundakı ofsayd epizodunda VAR sistemi düzgün qərarın qəbul olunmasında hakimlərə kömək edə bilərdi. Qısa müddət ərzində Hakimlər Komitəsinin fəaliyyəti, hakimlərin qərarları, peşəkar hakim statusunun tətbiqi ilə bağlı yeni xəbərlər barədə daha şəffaf, daha geniş şəkildə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest