Avropa Klublar Birliyi Avropa Super Liqasını təşkil etmək istəyən, lakin sonra geri çəkilən 9 klubu geri götürməyə razı olub. Matc.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
 
Avropa Klublar Birliyi sözügedən layihənin yaradıcılarından olan, lakin sonra geri çəkilən klubların yenidən quruma qatılmasına icazə verib. Bunlar "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "çelsi" (hamısı İngiltərə), "Atletiko" (İspaniya), "Milan" və "İnter"dir (hər ikisi İtaliya).
 
Qeyd edək ki, Avropa Super Liqasını yaradan 12 klubdan yalnız 3-ü - "Yuventus", "Barselona" və "Real" layihədən geri çəkilməyi düşünmür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest