Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Aberdin" komandası Azərbaycana yola düşüb. Matc.az xəbər verir ki, bu barədə Şotlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Aberdin" günün ikinci yarısında Bakıya çatacaq.
 
Avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Aberdin" oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest