"Neftçi" klubu futbolçusu Elton Əlibəylini icarəyə verib. Matc.az xəbər verir ki, 21 yaşlı müdafiəçi "Səbail"ə keçib.
 
Bu barədə "Neftçi"nin rəsmi saytı məlumat yayıb. Klublar arasındakı razılaşmaya əsasən, gənc futbolçu 2 il "Səbail"də çıxış edəcək.
 
Qeyd edək ki, ötən mövsüm "Neftçi-2" ilə Birinci Divizionun çempionu olan Əlibəyli əsas komandanın heyətində bir rəsmi oyunda meydana çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest