PSJ futbolçusu Matias Randriamami ilə müqavilə imzalayıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, madaqaskarlı qapıçı 3 illik sözləşməyə qol çəkib.
 
Bunadək PSJ-nin aşağı yaş qrupları üzrə komandalarında oynayan 18 yaşlı qolkiper ilk peşəkar anlaşmasına imza atıb.
 
Qeyd edək ki, PSJ Matiasdan başqa daha 5 qapıçısı var. Bunlar Canluici Donnarumma, Keylor Navas, Serxio Riko, Aleksandr Letelye və Denis Frankidir. Paris klubu 3 qapıçısını isə icarəyə göndərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest