Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqanın digər klubu "Union Berlin"dən isə Robert Andrixi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Andrix 2019-cu ildən "Union Berlin"in uğurları üçün çalışırdı. 26 yaşlı alman yarımmüdafiəçi əvvəllər "Haydenhaym", "Vehen", "Dinamo" (Drezden) və "Herta" komandalarında çıxış edib.
 
Almaniyalı futbolçu yeni komandasında "33" nömrəli formanı geyinəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest