Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hikmət Karaman çalışdıracaq.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. 61 yaşlı mütəxəssis sabah Kayseriyə gedərək rəsmi müqaviləyə imza atacaq və yeni işinə başlayacaq.
 
Qeyd edək ki, Karaman bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Yalçın Koşukavakı əvəzləyəcək. "Kayserispor" mövsümün açılış turunda səfərdə "Altay"a 0:3 hesabı ilə uduzmuş və baş məşqçisi ilə yollarını ayırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest